16 Dekabr 2019, Bazar ertəsi
"Qəbələ" qələbəyə layiq idi”
Futbolumuzun köhnə-yeni xəstəliyi
Balayev üçün erməni baş məşqçi
İrina Kindzerskayadan gümüş medal

Ölkə futbolu

"Bakı" Lansda hazırlıqlarını davam etdirir

Fransanın Lans şəhərində təlim-məşq toplantısını davam etdirən "Bakı"nın U-15 komandası dünən axşam "Lans"ın əsas komandasının ev oyunlarını keçirdiyi "Feliks Bollar" stadionunu gəzib-dolaşıblar. Futbolxeber.az-ın məlumatına görə, Fransanı tarixi stadionlarından biri kimi tanınan "Feliks Bolların" infrastrukturu ilə tanış olan uşaqlar klub dükanına da baş çəkiblər. Stadionda xatirə fotoları çəkdirən komanda üzvləri Fransanın ən çox azarkeş toplayan stadionlarından birin ekskursiyadan razı qaldıqlarını bildiriblər. Qeyd edək ki, "Felix Bollar" orta hesabla hər oyuna, təxminən, 32 min azarkeş toplayaraq, azarkeş baxımından Fransanın 3-cü arenası ünvanını daşıyır.

Bazaya qayıdandan sonra futbolçularımız məşqə çıxıblar. Məşq zamanı texnika üzərində çalışan gənc futbolçular topla rəftar təmrinlərini yerinə yetiriblər. Məşq fiziki çalışmalarla başa çatıb.

Bu gün isə "Bakı"lılar “Lans”ın əsas komandasının məşqini izləyiblər. Hazırda Fransa 1-ci liqasına yüksəlmək uğrunda müvəffəqiyyətlə mübarizə aparan "Lans" futbolçuları azərbaycanlı gənc həmkarlarını salamlayaraq onlara uğurlar arzulayıblar. Məşqdən sonra U-15 komandamızın üzvləri “Lans”ın aparıcı simaları ilə bir araya gəliblər. Pablo Çavarriya, Jan Filip Gbamin, Alasan Ture, Vilyan Kiprien və Rudi Rio ilə söhbətləşmək imkanı qazanan gənc futbolçular ulduz oyunçularla daha yaxından tanış olmaq imkanı əldə ediblər. Kumirləri ilə xatirə şəkli çəkdirən futbolçular “Lans”ın axşam məşqini də maraqla izləyiblər.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31