9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Kardoso: “İnter”lə oyunadək tam hazır olacağam"

“Neftçi” PFK-nın müdafiəçisi Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu zədəli vaxtı ona dəstək olanlara minnətdarlığını bildirib: “Çox təəssüf ki, bir müddət yaşıl meydanlardan kənarda qaldım. Buna görə də son görüşlərdə komandama kömək edə bilmədim. “Neftçi”də yetəri qədər səviyyəli futbolçular və eyni zamanda güclü rəqabət var. Sevinirəm ki, mən olmadığım dövrdə komandamız uğurla çıxış etdi və liderlər qrupundakı mövqeyimizi qoruduq. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Artıq özümü yaxşı hiss edirəm və komanda ilə birgə  məşqlər keçirəm. Ümid edirəm ki, “İnter”lə oyunadək tam hazır olacağam. Əgər baş məşqçi mənə etimad göstərsə, çıxıb oynamağa hazıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31