16 Dekabr 2019, Bazar ertəsi
"Qəbələ" qələbəyə layiq idi”
Futbolumuzun köhnə-yeni xəstəliyi
Balayev üçün erməni baş məşqçi
İrina Kindzerskayadan gümüş medal

Ölkə futbolu

Arif İsayev: "Dənizlispor"dan getmirəm" (ÖZƏL)

"Dənizlispor"dan getmirəm. Sadəcə olaraq, zədəm bir az ciddidir. Belə görünür ki, bu mövsüm daha meydana çıxa bilməyəcəyəm. Bu səbəbdən də mənim yerimə oyunçu axtarırlar ki, bu da normal haldı". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Dənizlispor"da forma geyən həmyerlimiz Arif İsayev deyib.

Dənizli klubunun baş məşqçisi Yusuf Şişmək Türkiyə mətbuatına verdiyi açıqlamada Arif İsayevlə vidalaşacaqlarını deyib.

İsayev isə bunu qeyri-mümkün hesab edir: "Mənə heç kim, heç nə deməyib. Belə bir şey yoxdu. Əməliyyatdan sonrakı bərpa prosesim də burda keçəcək. Mən də baş məşqçinin açıqlaması ilə maraqlandım. Dedilər ki boş şeydi. "Dənizlispor"la müqaviləm mövsümün sonuna qədərdi və bu müddət ərzində komandada qalacağam. Buna əmin ola bilərsiniz". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31