9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Bəhlul Mustafazadə: “Neftçi”ni hər oyunda məğlub etmək istəyirik”

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin Futbolxeber.az saytına müsahibəsi

 

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”ni darmadağın etdiniz. 4:0 hesablı qələbəni necə şərh edərdin?

- Oyuna yaxşı başladıq. İlk hissədə 3 qol vurmağa müvəffəq olduq. Önəmli üstünlük qazandıq. İkinci hissədə təəssüf ki, bu tempi davam etdirə bilmədik. Ümumi götürdükdə bu stadionda “Neftçi”yə qarşı oynamaq maraqlıdır.

- Qeyd etdin ki, ikinci hissədə ilk 45 dəqiqədəki tempi davam etdirə bilmədik. Bu, nə ilə bağlı idi?

- Burda rəqibin də rolu var.  Hesabda geri olanda “Neftçi” daha böyük qüvvə ilə irəli atıldı. Lakin hesab nə olur-olsun, ilk hissədəki tempi davam etdirməliydik. İstənilən halda 4 cavabsız qolla qalib gəlmişik və buna görə də nəticədən razıyıq.

- Hesab arasındakı fərqin belə böyük olacağını gözləyirdin?

- Biz hər oyuna maksimum dərəcədə ciddi hazırlaşırıq. Mümkün olduğu qədər də çox fərqlənməyə çalışırıq. Bu gün də eyni qaydada şanslarımızı dəyərləndirirdik. Lakin daha çox qol vura bilərdik.

- Bir qədər kobud da çıxsa, “Neftçi”yə heç yazığınız gəlmədi?

- Demək çətindir (gülür). Bu, derbidir. “Neftçi”ni hər oyunda məğlub etmək istəyirik. Matçın gedişində də hesabdan asılı olmayaraq əlimizə düşən fürsətləri qola çevirməyə çalışırıq.

- Cavab görüşü üçün motivasiyanı hardan tapacaqsınız?

- Dediyim kimi, “Neftçi”yə qarşı oynamaq hər zaman maraqlıdır. Buna görə motivasiya baxımından heç bir çətinlik olmayacaq. İlk oyundakı kimi, cavab görüşünə də ciddi hazırlaşacağıq.

- Finalda “Zirə”, yaxud “Qəbələ” ilə qarşılaşmağın “Qarabağ” üçün fərqi var?

- Elə bir fəqi yoxdur. Biz öz oyunumuza hazırlaşacağıq. Hədəfimiz kuboku götürməkdir. Ona görə də finaldakı rəqibin kimliyindən asılı olmayaraq meydana qələbə üçün çıxacağıq.

- Avroliqadakı inamlı çıxışdan sonra “Qarabağ”ın əksər legionerlərinə xaricdən təkliflər olduğu deyilir. Yayda aparıcı futbolçular getsələr, “Qarabağ”ın vəziyyəti necə olacaq?

- Bu, “Qarabağ”da illərdir davam edən prosesdir. Hər zaman kimlərsə gedir, əvəzinə yeni oyunçular gəlir. Ona görə də hansısa futbolçunun getməsi böyük problem olmayacaq. Çünki önəmli olan sistemdir. Komanda ruhunda oyunçuları tapıb daha yaxşı formada çıxş etmək mümkündür. Əsas olan sistemi qorumaqdır. Necə deyərlər, oyunçular dəyişir, sistem isə yox.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31