27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Səbail” növbəti mövsümə aşağı diviziondan başlayacaq?

Bu gün mediada “Səbail” PFK-nın AFFA-nı məhkəməyə verməsi xəbəri dərc edilib. Əslində bu məsələ göründüyü kimi deyil.

Məsələ “Səbail” ilə hazırda məhkəmə çəkişməsində olan “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlıya görədir.

Belə ki, ötən ay AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in sabiq futbolçusuna 70 min manat ödəməli olduğuna dair qərar çıxarmışdı.

Əldə etdiyimiz məlumata görə, paytaxt klubunun sponsoru bu məbləği ödəməkdən imtina edir. Hətta sponsor bunu komandanın növbəti mövsüm üçün lisenziya almamaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə etməkdən belə çəkinmir.

Belə olacağı təqdirdə, “Səbail” növbəti mövsümə böyük ölçüdə aşağı divizonda başlamalı olacaq.

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30