27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Ozobiç: “Şanslarımızdan lazımınca istifadə etsəydik...”

“Ümumi götürdükdə 1:1 pis nəticə deyil. Şanslarımızdan lazımınca istifadə etsəydik, daha çox qol vura, qalib gələ bilərdik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın yarımmüdafiəçisi Filip Ozobiç “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla 1:1 hesablı heç-heçəni şərh edərkən deyib. 

33 yaşlı futbolçu Bolqarıstanla görüşdə ədaləti qoruyan eston hakimin idarəçiliyinə qiymət vermək istəməyib: “Hakimlik barədə çox danışmaq istəməzdim. Bu, mənim işim deyil”.

F.Ozobiç “FIFA series - Edition 2024” layihəsinin millimiz üçün uğurlu keçdiyini söyləyib: “Turnirdə 2 yaxşı oyun keçirdik. Monqolustanla matçda meydanda yalnız bir komanda var idi. Həmin qarşılaşmada yaxşı oynadıq. Yeganə təəssüfləndirici məqam cəmi 1 qol vura bilməyimizdir. Eləcə də Bolqarıstanla görüşdə də rəqibdən üstün idik”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30