27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Ayxan Abbasov: “Dördüncü dövrə hər kəs üçün çətin olacaq”

“Bu gün stadionda möhtəşəm atmosfer var idi. Təbii ki, məhz “Qarabağ”ın Tovuza gəldiyini hiss elədik. Çoxdandır evdə məğlub olmurduq. İstəyirdik ki, bu seriyanı davam etdirək. Lakin güclü rəqibə qarşı oynayırdıq. Bununla belə, uşaqlar sona kimi əzmkar mübarizə apardılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Yenilgiyə baxmayaraq, mütəxəssis futbolçularından razılığını ifadə edib: “İlk hissədə hesabı açdıq. Fasiləyə qədər Otto Con ikinci qolu da vursaydı, bəlkə də oyunun axarı tam başqa cür ola bilərdi. İkinci hissədə hesabda geri düşsək də, epizodlarımız oldu. Futbolçularımın performansı alqışalayiqdir. İndi bu tempi saxlamalıyıq. Onu da unutmayaq ki, bu gün itkilərimiz var idi. Ümid edirəm ki, fasilədə zədəlilərimzi heyətə qayıdacaq və tam heyətlə dördüncü dövrəyə hazırlaşacağıq”.

O bildirib ki, bugünkü matçda meydana çıxmayan futbolçularının yeri görünürdü: “İstər Bruno olsun, istər Denis. Eləcə də Ayxandan da istifadə edə bilmədik. Neçə oyundur Paçu da bizə kömək edə bilmir. Bütün bunlar oyunumuza təsir edir. Təbii ki, fiutbolçularımızın hamısı bizim üçün dəyərlidir. Bu gün kimə şans verdiksə, maksimum gücünü qoydu”.

A.Abbasov qeyd edib ki, Veysəl Rzayev mövsümü qapadıb: “Veysəlin burnu sınıb. Ona görə də uzun müddət meydana çıxmayacaq. Yəqin ki, onun üçün mövsüm artıq başa çatıb”.

Tovuz klubunun çalışdırıcısı komandasının çempionatın üçüncü dövrəsini yaxşı keçirdiyini vurğulayıb: “Məğlubiyyətlə başlasaq da, sonrakı oyunlarda qələbələr qazandıq. Qışa qədər yuxarı pillələrlə aramızda xal fərqi çox idi. Amma bu gün o qədər də böpyük deyil. Dördüncü dövrə hər kəs üçün çətin olacaq. Bütün qarşılaşmalar gərgin keçəcək. Futbolçular da bunu bilirlər”.

“Hesabı açdıqdan sonra düşündüz ki, “Qarabağ” sonradan əsas heyəti meydana buraxacaq və bu, komandamız üçün acınacaqlı nəticəyə gətirib çıxaracaq?” sualını A.Abbasov belə cavablandırıb: “Buna hazır idik. “Qarabağ”ın bu start heyəti ilə meydana çıxacağını gözləyirdik. 3 turdur bu heyətlə oynayırdılar. Həmin heyət “Qəbələ”, “Zirə” və “Sumqayıt”la matçlarda 11 qol vurmuşdu. Dəyişiklikləri də gözləyirdik. Oyunun axarı bundan xəbər verirdi. Ustalıq öz sözünü deyir. Lakin bu o demək deyil ki, “Qarabağ”a müqavimət göstərməyək. Birinci hissədəki tempi fasilədən sonra da saxlasaydıq, nəticə bəlkə də fərqli olardı. İlk 45 dəqiqədə rəqibə epizod vermədik. İkinci hissənu də belə keçirə bilsəydik, daha yaxşı olardı. Bunun üçün vaxt lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30