8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Azərbaycan çempionatları tarixində 63-cü legioner baş məşqçi

Premyer Liqanın XXVI turu "Sabah"ın "sükanı arxasında" olan Krunoslav Renduliçin Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis ölkə çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb.

"Qəbələ" ilə görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını Premyer Liqa matçına çıxarıb.

Renduliç ölkə çempionatlarının 3-cü xorvatiyalı baş məşqçisidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb. Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç, digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə Murad Musayev də rəhbərlik edib.

Qeyd edək ki, "Sabah" XXVI turda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31