9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Bojoviç: "Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər”

"Neftçi" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Kəpəz"lə 3:3 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında qollu heç-heçəni belə şərh edib:

“Çətin oyun alındı. 3 dəfə hesabda geri düşdük və geridönüş etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Deyərdim ki, yaxşı oynadıq. İlk hissədə oyuna nəzarət bizdə idi. İkinci hissə başlayanda yenə qol buraxdıq. Rəqib çox yaxşı qol vurdu. Yaxşı ki, məğlub olmadıq. Komandam sona kimi xarakter göstərdi. Bilmirəm hansı epizoda qırmızı vərəqə verirlər. Az qamışdı ki, Eminin ayağını qırsınlar. "Qarabağ"la oyunda da eyni hal baş vermişdi. Sonra bizi Tovuzda oynamağa məcbur etdilər. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, "Kəpəz" bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır.

O, "Kəpəz"in autsayder olmadığını bildirib: “Bütün komandalar eyni gücdədir. Heç kim asan qələbə qazana bilmir. Tunrir cədvəlində xal baxımından sıxlıqdır. "Kəpəz" də inkişaf edir. Biz bu gün onlardan daha yaxşı idik”.

“Hər iki hissədə erkən qollar buraxdınız. Bu, komandaya necə təsir etdi?” sualını monteneqrolu mütəxəssis belə cavablandırıb: “Cavab vermək çətindir. Fasilədə futbolçulara dedik ki, daha diqqətli başlayaq. Amma yenə də diqqətsizlikdən qol buraxdıq”.

Bojoviç Emin Mahmudovun çox ciddi zədə aldığını söyləyib: “Həkimlər müayinə edəndən sonra dəqiq durumunu biləcəyik. Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31