27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Şahin Diniyev: “Nəticə baxımından uduzduq, oyun baxımından deyil”

"Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün dinamik, rəngarəng, diktə edən futbol oynadıq. Futbolda üç nəticə olur, onları da normal qəbul etmək lazımdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXVI turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra deyib.

Təcrübəli mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını bildirib: “Əsasən də, ikinci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğunu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik. Öz komandama təşəkkür edirəm. Fəxr edirəm ki, düşünən, futbol oynayan, hücumda rəngarəng oynayan komandam var. Bu oyunu unutmalı, növbəti matçlara köklənməliyik. Belə oynasaq, nəticə də gələcək. Əsas odur ki, artıq komanda böyüyüb, yaxşı futbol oynayır. Çox yaxşı futbol oynadıq. Məğlubiyyəti də qəbul etməli, irəli baxmalıyıq".

O, son turlar "Səbail"in oyuna zəif başlayıb, sonradan üstünlüyü ələ almasının səbəbini belə izah edib: “Biri var xarakter, biri də funksional hazırlıq. Birinci hissə təzyiq edirik, rəqibin də gücü olur deyə, çətinlik çəkirik. Amma bu gün funksional hazırlığı yaxşı olan komandayıq. İkinci hissədə xarakter göstərmək istəyirik. Gözlənilməz qol buraxdıq. Mütləq dəyişiklik etməliydik. Bəli, birinci və ikinci hissəmiz arasında fərq var ki, bu da məni çox narahat edir. Həm psixoloji, həm funksional hazırlığın üzərində çalışmalıyıq. Bunu düzəldəcəyik”.

"Qəbələ" ilə oyundan sonra demişdiniz ki, ikinci yerə qalxmaq asandır, orada qalmaq çətindir. Bəlkə, futbolçular psixoloji olaraq ikinci yerə hazır deyillər?” sualını Diniyev belə cavablandırıb: “Futbolçular anlayırlar. Bu gün futbol oynadıq, nəticə gəlmədi. Arxayınçılıq yoxdur. Sevinirəm ki, komandamız böyüyür, özünəinamlı oyun oynayır. Problemlərimiz də var. Onları yoluna qoyduqdan sonra nəyəsə nail ola bilərik”.

Diniyev penaltini həmin anda əvəzlədiyi Aleksandr Ramalinqomun deyil, Pedro Nunonun yerinə yetirməsinə belə aydınlıq gətirib: “Əvəzetmələr penaltidən qabaq hazır idi. Bizdə elədir ki, bir dəfə Ramalinqom vurur penaltini, bir dəfə Pedro.  Bu dəfə məhz Pedronun növbəsi idi. O topu götürdükdən sonra əvəzetməni etdik. Amma bilsəydim ki, Ramalinqom vurmalıdı, əvəzetmə olmayacaqdı. Penalti elədir ki, topu kimsə götürdüsə, dəyişmək, ondan almaq olmaz. Bu, futbolun yazılmayan qanunudur. Gördüm ki, Ramalinqom kənara çəkilib, top Pedrodadır”.

Cari mövsüm “Səbail” hər 3 oyunda “Sumqayıt”a uduzub. O, hər üç oyunda da məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Hər üç oyunda "Sumqayıt"dan üstün oynamışıq. Ola bilər yalnız Sumqayıtdakı görüşdə bərabərsəviyyəli görüş getdi, avtoqolla uduzduq. Bu gün üstün idik. "Sumqayıt" qalib gəldisə, gələn dəfə də biz udarıq. Böyük bir şey olmayıb. Nəticə baxımından uduzduq, oyun baxımından deyil”.

Ş.Diniyev hakimlikdən narazılıq etməyib: “Məşqçilər emosional olurlar, nəsə içində qalırsa, xəstəlik tapırsan. Bütün epizodlara reaksiya veririk. O demək deyil ki, verdiyimiz reaksiyaların hamısı düzdür. Hakim çox yaxşı idarəçilik etdi. Bir şeydən narazıyam, "Sumqayıt" vaxtı uzadırdı. Birinci hissədə vaxt əlavə edilmədi. İkinci yarıdakı 5 dəqiqəlik əlavə vaxt isə çox az idi. Soruşdum, dedi VAR-ın göstərişi ilə vaxt artırılır. VAR hesablayıb, deyir. Məncə, artırılmayan dəqiqələr oldu. Narazlığım tək vaxta görə idi. Yoxsa, Tural ideal hakimlik etdi”.

“Səbail”in çalışdırıcısı komandasındakı rəqabətdən razılıq ifadə edib: “Transfer pəncərəsi bağlanıb. İndi də hansısa problemlərimiz var. Hər şey yaxşı olacaqsa, problemli mövqelərə maydan sonra daha yüksək səviyyəli futbolçular dəvət olunacaq. Mərhələ-mərhələ edəcəyik. Əgər biz ötən mövsüm 9-cu yer uğrunda mübarizə aparırdıqsa, bizə başqa futbolçular lazım idi. Amma komanda böyüyüb, daha iddialı yerlər uğrunda mübarizə aparmaq üçün az problemimiz qalıb. Onları da bağlasaq, çox rahat oynayaraq. Rəqabətdən razıyam. Əlimizdə oyunun taleyini dəyişəcək futbolçularım çoxdur. Problemlərimiz var. Onları həll etmək üçün zamana ehtiyac var. İndi istəsək də, edə bilmərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30