8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Siyasət Əsgərov püşkü dəyərləndirdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov  Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az-ın məlumatına görə, o, AFFA-nın saytına açıqlamasında deyib:

"Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. Düşünürəm ki, İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31