8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Azarkeşlər "Qarabağ" və "Neftçi"ni xərcə saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
 
“Zirə” - “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə”nin futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib. 
 
“Qəbələ” - “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib. 
 
“Neftçi” - “Qarabağ” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.  Matçın 63-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” 1000 manat cərimə edilib. Oyundan əvvəl “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” 1000 manat cərimə edilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31