9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qazaxıstanda oynayan futbolçu Azərbaycan millisindən imtina etdi

Qazaxıstanın "Jenis" klubunun futbolçusu Raul Allahverdiyev Azərbaycan yığmasında oynamaq təklifi alıb.
 
Futbolxeber.az saytının məlumatına görə. 17 yaşlı yarımmüdafiəçi bunu klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Bu təklifi qəbul etməyən futbolçu Qazaxıstanın əsas yığmasında oynamaq istədiyini qeyd edib: "Məlumat yayıldı ki, məni Azərbaycan millisində görmək istəyirlər. Belə diqqətə görə məmnunam. Lakin mən Qazaxıstanın gənclər yığmasının üzvüyəm. 15 yaşımdan "Jenis" klubunda peşəkar futbolçu kimi debüt etmişəm. Bu klubu və Qazaxıstanı evim hesab edirəm. Çalışacağam ki, bu ölkənin yığmasına düşüm".
 
Qeyd edək ki, Raul Allahverdiyev Qazaxıstanın U-17 yığmasının üzvüdür. O, "Jenis"də ümumilikdə 46 oyun keçirib, 4 qol vurub və 3 qol ötürməsi edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31