8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçum milliyə çağırılanda buna həmişə sevinirəm”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Andrey Lunyovun Rusiya millisinə çağırılmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, TASS agentliyinə açıqlamasında Andreyin milliyə dəvətinə normal münasibət bəslədiyini vurğulayıb:

"Lunyov milli komandanın məşqçilərinin diqqətini cəlb edə bilibsə, deməli, bu müddətdə yaxşı və ardıcıl çıxış edib. Ümumiyyətlə, mənim futbolçum yaxşı və ardıcıl oynayanda, milliyə çağırılanda buna həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün futbolçunun psixoloji hazırlığı da rol oynayır.

Əgər bunun ona pis təsir etdiyini bilsəm, təbii ki, onu heç vaxt milliyə buraxmaran. Düşünürəm ki, Andreyin özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Mən də onun işindən razıyam, amma Lunyov hələ də inkişaf edə bilər. Bu, onun maksimum səviyyəsi deyil. Ümid edirəm ki, Andrey tezliklə maksimuma çatacaq. Ola bilsin ki, onu milliyə buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki biz hamımız peşəkarıq və vəziyyəti başa düşürük”.

Xatırladaq ki, martın 21-də Rusiya millisi Serbiya, martın 25-də isə Paraqvayla yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Moskvada oynanılacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31