9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Aydın Bayramov: “Hər matça revanş hiss ilə yanaşsan, özünü “yandırarsan”

“Turan Tovuz”un qapıçısı Aydın Bayramovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə görüşdə heç-heçə ilə kifayətləndiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Oyunun çətin keçəcəyini bilirdik. Həftə boyu bu matça çox ciddi hazırlaşmışdıq. Azarkeşlərimiz önündə oynayırdıq. “Neftçi” hiss eləməli idi ki, səfərə gəlib. Düşünürəm ki, biz qələbəyə daha çox layiq idik. Təəssüf ki, alınmadı. İkinci qolu vurmaq mümkün olmadı, bir xalla kifayətləndik. Əsas odur ki, uduzmadıq.

- İkinci qolu vurmaq üçün nə çatışmadı?

- Sonluq. Yalnız qapıya bircə dəqiq zərbə lazım idi ki, 3 xalı qazanaq. O da olmadı.  

- Geridə qalan müddətdə “Turan Tovuz”un üçüncü dövrədəki çıxışına necə qiymət vermək olar?

- Mövsümün ikinci yarısına məğlubiyyətlə başladıq. Lakin “Kəpəz”lə matçda aldığımız qırmızı vərəqə həlledici oldu. Ondan sonra uduzmamışıq. Qələbələrimiz də var, heç-heçələrimiz də. Əsas odur ki, uduzmuruq.

- Mövsümün artıq yarıdan çoxu geridə qalıb. “Turan Tovuz”un hədəfi nədir?

- Hədəfimiz təbii ki, Premyer Liqada qalmaqdır. Amma bununla kifayətlənmək istəmirik. Daha yaxşı pillələrdə qərarlaşmaq arzusundayıq.

- Növbəti turda səfərdə “Zirə”nin qonağı olacaqsınız. Bu komandanın sizi kubokdan kənarlaşdırdığını nəzərə alsaq, qarşıdakı görüşə revanş matçı kimi yanaşacağınızı düşünmək olar?

- Xeyr, revanş kimi yanaşmırıq. Çünki mövsüm ərzində bütün komandalarla çox qarşılaşırıq. Hər matça revanş hiss ilə yanaşsan, emosional olaraq görüşə hazırlaşa bilməzsən, özünü “yandırarsan”. Odur ki, hər matça necə hazırlaşmışıqsa, “Zirə” ilə görüşə də eyni cür hazırlaşacağıq.

- Bu sualı bir neçə qapıçıya ünvanlamışıq, sizin də fikriniz maraqlıdır. PFL “Ayın qolu”nu seçir. İstərdiniz ki, “Ayın seyvi” nominasiyası da olsun?

- Əlbəttə, çox istərdim. Səhv etmirəmsə, elə sizin sayta müsahibəsində Rəşad Əzizli düz vurğulamışdı ki, sanki biz qapıçılar kənarda qalırıq. Halbuki qapıçıların da komandanın uğurunda çox böyük rolu olur. Söhbət heç mükafatdan getmir. Sadəcə simvolik olaraq seçsələr belə, kifayət edər. Pul əsas deyil. Əsas odur ki, ən yaxşı qolunu göstərəndə, ən yaxşı seyvini də göstərsinlər.  

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31