9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Şahin Diniyev: "Bu gün "Səbail"in komanda şəkildə xarakteri özünü göstərdi"

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 24-cü turunda "Sabah"a qalib gəldikləri matçdan (2:0) sonra mətbuat konfransında iştirak edib.
 
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının qələbəsini şərh edib: "İqor Ponomoryovu ad günü münasibəti ilə təbrik edirəm. Əsas can-sağlığıdır. Bu gün hər cür nəticə ola bilərdi. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. "Sabah" yaxşı komandadır. Təşkilatlanmış kollektivdir, oyun stilinə sahibdir. Onların keyfiyyətli oyunçuları var. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı".
 
Diniyev komandasının oyunundan razı qaldığını bildirib: "Bu gün "Səbail"in komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. "Sabah"a gələcək oyunlarda uğurlar arzulayıram".
 
O, matçdakı penalti epizodundan və hakimin həmin epizodda penalti qərarı verməməsindən danışıb: "İkitərəfli idi. Həm verə bilərdi, həm də verməyə bilərdi. Baş hakim belə qərar verdi və hörmətlə yanaşıram".
 
Mütəxəssis futbolçusu Ağabala Ramazanovun son durumundan da söz açıb: "Ağabala fərdi şəkildə sağlamlıq idmanı ilə məşğuldur. Peşəkar idmanla yox. Özünü bərpa etdikdən sonra mart ayında məşqlərə qayıda biləcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31