2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Kaltsona: "Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var"

"C Liqasında FİFA reytinqi ən yüksək olan İsveçdir. Bu komanda ilə son oyunda heç-heçə etmişik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona deyib.

Slovakiya Futbol Federasiyasının saytına açqlamasında ötən gün keçirilən püşkatmanı dəyərləndirən italiyalı mütəxəssis 2022-ci ildə Millətlər Liqasında Azərbaycan millisinə evdə uduzduqları (1:2) oyunu xatırladıb: "Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var. Çünki rəhbərliyim altında ilk oyunu Azərbaycan millisi ilə keçirmişik və məğlub olmuşuq. İsveç, Estoniya və Azərbaycan Avro-2024-ün seçmə mərhələsində bir qrupda yer alıblar".

F.Qaltsona Millətlər Liqasının dünya çempionatına vəsiqə üçün yaxşı fürsət olduğunu da bildirib: "Millətlər Liqasında maksimum gücümüzlə oynamalıyıq. Çünki dünya çempionatına vəsiqə qazanmaq şansımız var. Elə Estoniya qrupda qazandığı qələbələrə görə pley-offa vəsiqə qazanıb".

Xatırladaq ki, Azərbaycan millisi  C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30