26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elhad Nəziri "İnter"dən gedib?

Son 5 oyunda adı "İnter"in "18-liy"inə düşməyən Elhad Nəzirinin komandadan ayrıldığı barədə xəbərlər yayılıb. Gənc müdafiəçi Futbolxeber.az saytına verdiyi açıqlamada klubu tərk etməsi haqda yayılan xəbərə münasibət bildirdi: "Yox, komandanı tərk etməmişəm. Sadəcə olaraq, zədəli olduğum üçün heyətdən kənarda qalırdım. Lənkəranda oyunqabağı məşqdə xəsarət aldım. Zədəm sağaldıqdan sonra bərk xəstələndim. Sanki problemlər üst-üstə gəldi. Amma indi özümü yaxşı hiss edirəm. Neçə gündür ki komandayla birgə məşq edirəm. "İnter"də xoşbəxtəm. İnşallah meydana çıxıb, komandamın uğuru üçün əlimdən gələni edəcəyəm". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30