9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AFFA 5 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının 19-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Sabah” - “Neftçi” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi”700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Sabah” - “Neftçi” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Sabah” - “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi komanda 800 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Səbail” - “Zirə” oyununda meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” - “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz”  1500 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” - “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində qonaq komandanın futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” - “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  700 manat cərimə edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31