9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Qurban Qurbanov: “Çox faydalı görüş alındı”

Almaniyanın "Bayer" klubunun düşərgəsində olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Leverkuzenə səfərinin məqsədi ilə bağlı fikirləri bölüşüb.

Futbolxeber.az-ın məlumatına görə, mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Bayer"in oyun üslubunun diqqətini cəlb etdiyini və buna görə də komandanın baş məşqçisi Xabi Alonso ilə görüşmək istədiyini bildirib:

“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.

Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edib: “Bayer”in məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan Alonso mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31