9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Subaşiç: “İnanıram ki, Bojoviç “Neftçi”də uğur qazanacaq”

“Dünən “Neftçi”nin düşərgəsində oldum, köhnə dostlarla görüşdüm. Buna görə çox şadam. Kluba da minnətdaram ki, məni çox yaxşı qarşıladılar. Təəssüratlarım çox yaxşıdır”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin sabiq hücumçusu Branimir Subaşiç deyib.

Dünən Antalyada sabiq klubunun məşqini ziyarət edən veteran futbolçu “ağ-qaralar”ın yeni baş məşqçisi, monteneqrolu Miodraq Bojoviçdən də söz açıb: “Açığı, Bojoviçlə şəxsi tanışlığım yoxdur. Amma bilirəm ki, çox təcrübəli mütəxəssisdir. Yaxşı klublarda çalışıb. İnanıram ki, Bojoviç “Neftçi”də uğur qazanacaq. Amma komandanın heyəti mütləq güclənməlidir”.

“Neftçi”nin son illər uğur qazana bilməməsinin səbəblərindən biri də komandada hücumçu probleminin olmasıdır. Görəsən, bir neçə ildir “Neftçi”nin Subaşiç səviyyəsində forvard tapa bilməməsinin səbəbi nədir. Bununla bağlı sualı serbiyalı belə cavablandırıb: “Xoş sözlərinizə görə təşəkkür edirəm. Razıyam ki, “Neftçi”də hücumçu problemi var. Son illər transfer qiymətləri çox artıb. Bəzən elə hücumçulara böyük pullar ödənilir ki... Ümid edək ki, “Neftçi” tezliklə bu problemi həll edəcək”.

Görəsən, Banya bu baxımdan sabiq klubuna kömək etməyə hazırdır? “Bilmirəm, baxacağıq (gülür)”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31