Ölkə futbolu
Mehdi Cənnətov: “Neftçi” flaqmandır və hamı onu məğlub etmək istəyir” (MÜSAHİBƏ)
“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun Futbolxeber.az saytına müsahibəsi
- 2024-cü ili necə qarşıladız?
- Ailəmin ətrafında oldum. Valideynlərimin yanına yollanmışdım. Vaxtımı onlarla birgə keçirdim. Amma istirahət üçün elə də çox vaxt olmadı.
- Yaşından asılı olmayaraq hər bir valideyn, xüsusən də analar övladlarının daha çox yemək yeməsini, hazırlanan hər bir təamdan dadmasını istəyirlər. Bu baxımdan geriyə artıq çəki ilə qayıtmamısız?
- Yox (gülür). Düzdür, çempionat vaxtı qidalanma zamanı bir çox şeylərdən imtina etməli olursan. Amma bayram günlərində çox yemişəm, yaxşı qidalanmışam. Şükürlər olsun ki, məndə heç vaxt artıq çəki problemi olmayıb. Bu səbəbdən də çəki baxımından vəziyyətim idealdır.
- Qış fasiləsinin az olması çıxışınıza mənfi təsir göstərməyəcək?
- Bəli, prinsipcə, istirahət üçün vaxtımız az oldu. Amma bu, bir tərəfdən yaxşıdır. Çünki dşünmürəm ki, kimsə formadan tam düşüb. Vaxt az olduğu üçün istirahətdən qayıdarkən 30-40 faiz minimum hazır olursan. Təlim-məşq toplanışında isə tam özümüzə gəlməliyik. Antalyada əlimizdən gələni etməliyik ki, heç olmasa 70-80 faiz hazır olaq. Qalan 20-30 faizi də çempionatın gedişində yığacağıq.
- Peşəkar kimi fikriniz maraqlıdır: fasilənin az olması futbolçuların xeyrinədir, yoxsa ziyanına?
- Yayda avrokuboklardan kənarda qaldığımız üçün təxminən 1 ay dincəldik. Bu müddət yaxşı istirahət etmək, eləcə də futbol üçün darıxmaq baxımından kifayətdir. Qışda isə cəmi bir neçə gün dincələ bildik. Məncə, belə olması daha yaxşıdır. Bütün Avropada bu praktikadan istifadə edilir.
- Bu gün (söhbət dünən olub-red.) artıq məşqlərə başladız və hazırlıq prosesində əvəzedici heyətdən də gənclər yer almışdı. Onların arasında ümidvericiləri var?
- Gəncləri hər zaman əsas komandaya cəlb etmək lazımdır ki, inkişaf etsinlər. Bu, Azərbaycan futbolu üçün vacib məqamdır. Onlar “Sumqayıt”ın gələcəyidirlər. Əsas məsələ Antalyadakı yüklənmələrdir. Gənclər buna dözməlidirlər. İnanıram ki, hər şey yaxşı olacaq.
- Mövsümün ilk yarısını “Sumqayıt”ın aktivinə yazmaq olar. Çempionatda dördüncü pillədəsiz, üçüncü yerdən 1, ikinci yerdən 2 xal geri qalırsız. Üstəlik, ölkə kubokunda da 1/4 finala yüksəlmisiz. Bundan sonrakı hədəf nədir?
- Sona qədər mübarizə aparacağıq. Çempionatda komandalar turnir cədvəlində bir-birinə çox yaxındılar. Bir oyun uduzsan, xeyli aşağı düşə bilərsən. Buna görə də plankanı qorumaq lazımdır. İlk üçlüyə düşməyimiz mümkündür. Bu “Sumqayıt”ın gücü daxilindədir. Kubokda da rəqiblər güclüdür. Sona kimi irəliləməyə qadirik. Təvazökarlıqdan uzaq olsa da, uda bilməyəcəyimiz rəqib yoxdur.
- Təqvimə əsasən, yanvarın sonu, fevralın ilk həftəsi ərzində “Neftçi” ilə ardıcıl 3 oyun keçirəcəksiz, ikisi kubokda, biri isə çempionatda. Darıxdırıcı olmayacaq?
- Düşünmürəm. Çünki “Neftçi” flaqmandır və hamı bu komandanı məğlub etmək istəyir. “Neftçi” ilə matçlara çox ciddi hazırlaşacağıq. Təbii ki, asan olmayacaq. Amma qalib gəlmək lazımdır və bunun üçün əlimizdən gələni etməliyik.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb