9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”dən transferlərlə bağlı bəyanat

“Neftçi”nin futbolçularının başqa komandalara keçəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı bəyanatda bildirilib.
 
Qeyd olunub ki, bəzi oyunçuların komandanı tərk edəcəyi ilə bağlı mətbuatda yayılan məlumatlar şayiədir: “Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır. “Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir. Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirmələrini tələb edirik. Əks halda bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər”.
 
Əlavə edilib ki, qış transfer dönəmində hər hansı futbolçu başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi şəkildə klubun mətbuat xidmətindən əldə etmək mümkün olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31