Ölkə futbolu
Vojislav Stankoviç: “Mutunun uğursuzluğuna səbəb yeni transferlər oldu”
“Neftçi”nin sabiq müdafiəçisi Vojislav Stankoviçin Futbolxeber.az saytına müsahibəsi
- 4 ilə yaxın çıxış etdiyiniz “Neftçi”dəki günlərinizi necə xatırlayırsız? Sabiq klubunuz üçün darıxırsız?
- “Neftçi”də yaxşı günlərim olub. Hər zaman onları xoş xatirə kimi xatırlayacam. Lakin “Neftçi” üçün darıxmıram. Çünki mən peşəkar futbolçuyam. Klubla yollarımız ayrıldı və indi karyeramı vətənimdə davam etdirirəm. Mənim əvəzimə də kluba yeni oyunçular gətirildi.
- Ümumiyyətlə, Serbiyaya yollandıqdan sonra Azərbaycan futbolu ilə maraqlanırsız?
- Bəli, imkan olduqca oyunlara baxıram. Ən azı epizodlara. Nəticələrdən xəbərdaram.
- Çoxları hesab edir ki, bu mövsüm Azərbaycan Premyer Liqası daha maraqlı keçir. Razısız bu fikirlə?
- Razıyam. Məncə də, çempionat daha da maraqlı olub. Bu mövsüm gərgin oyunların sayı artıb.
- Kənardan izlədiyiniz “Neftçi” əvvəlki mövsümlərə baxanda nə dərəcədə dəyişib?
- Təbii ki, “Neftçi” çox dəyişib. Komandaya xeyli sayda yeni futbolçu cəlb edilib. Eləcə də klubu tərk edənlər çox oldu. Həmçinin klub rəhbərliyində də dəyişiklik baş verib.
- Adrian Mutunun “Neftçi” karyerası cəmi bir neçə ay çəkdi. Sizcə, rumın mütəxəssis burada niyə uğur qazana bilmədi?
- Mutu yeni kluba gəldi. Hansı ki həmin klubda xeyli dəyişikliklər baş vermişdi. Heyət böyük ölçüdə yeniləndi. Düşünürəm ki, Mutunun uğursuzluğuna səbəb yeni transferlər oldu. Komandaya cəlb edilən yeni futbolçular öz köməklərini göstərə bilmədilər. Belədə nə “Neftçi” parlaq çıxış edə bildi, nə də Mutunun fəaliyyəti uğurlu alındı.
- Artıq Mutunun əvəzləyicisinin adı məlumdur. Eyni regiondan olduğunuz üçün yəqin ki, siz Miodraq Bojoviçi bizdən daha yaxşı tanıyırsız. Onun barəsində fikirləriniz necədir?
- Şəxsi tanışlığımız olmasa da, məşqçi kimi Miodraq Bojoviçi tanıyıram. Bilirəm ki, o, getdiyi hər yerdə uğur qazanıb. İstər Serbiyada, istərsə də Rusiyada. Çempionluq, kubok qazanıb. Miodraq Bojoviçin çox böyük məşqçi təcrübəsi var
- Necə düşünürsüz, Bojoviç “Neftçi”yə uğur qazandıra biləcək?
- Bunu zaman göstərəcək. Amma dediyim kimi, Bojoviç təcrübəli mütəxəssisdir. Lakin “Neftçi”nin oyununu yaxşılaşdırıb-yaxşılaşdırmayacağını, komandanın inkişaf edib-etməyəcəyini indidən dəqiq söyləmək çətindir.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb