9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qrupdan çıxmaq, hansısa xəyallarla yaşamaq - 32 ildir eyni şeyi təkrar edirik”

“Mən sözümü heç vaxt dəyişməmişəm. Bu gün də eyni fikirdə qalıram. Biz millinin baş məşqçisi vəzifəsinə çox fikir veririk. Problemin kökü o vəzifədə deyil”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasının XVII turunda “Qəbələ”yə qarşı keçirilən oyundan (3:0) sonra təcrübəli mütəxəssis milli komandamızın baş məşqçisi məsələsi barədə də sualı cavablandırıb.

Diniyev 32 ildir eyni müzakirələrin getdiyini vurğulayıb: “Mən o postda da çalışmışam, kənarda da oturmuşam. Biz hər il noyabrda, dekabrda eyni məsələni müzakirə edirik. Amma bununla böyük dəyişiklik edə bilməyəcəyik. Sistem olmasa, baş məşqçi vəzifəsində kim olur-olsun, maksimum 10 faiz dəyişiklik görəcəyik. Ya 1 xal toplayacağıq, ya 7 xal. Qrupdan çıxmaq, hansısa xəyallarla yaşamaq - 32 ildir eyni şeyi təkrar edirik. Püşkdən dərhal sonra başlayırıq xalları saymağa, onu uda bilərik, bundan səfərdə 1 xal ala bilərik və s. Ona görə də 32 ildir eyni səhvi edirik. Belə deyim də, hansısa krantda boşluq var, biz onu bərkidirik, amma yenə də su axır. 32 ildir krantdan su axırsa, deməli, problem orda deyil. Problemi başqa yerdə axtarmaq lazımdır. Bir ara Almaniya futbolunda tənəzzül yaşandı. Dərhal müəyyən dəyişikliklər etdilər, 100 futbolçunu bir yerə yığdılar, bir sözlə, vəziyyətdən çıxdılar. Təbii ki, biz Almaniya deyilik. Ən azı futbolu bizə yaxın ölkə, məsələn, Lüksemburq. Bu komanda 10-15 il qabaq Avropanın cırtdanlarından hesab olunurdu. Onlara 8 top vurmayanda rəqiblər sevinmirdilər. Bəs nə oldu, nə baş verdi? Bu gün onları futbolu xeyli irəli gedib. Özümüzdə yoxdursa, utanmaq lazım deyil. Hansısa ölkənin futbol sistemini götürmək lazımdır. Bu, mənim şəxsi fikrimdir. İnanın ki, gələn il dekabrda yenə eyni söhbət olacaq. Yenə deyəcəyik ki, bu məşqçi getsin, başqası gəlsin”.

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31