9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ”nin məşqçisi: “Komanda meydana ruhsuz çıxmışdı”

“Elmar müəllim özünü narahat hiss etdiyi üçün mətbuat konfransına mən qatıldım. Oyuna gəldikdə, həftə boyu futbolçuları nə qədər motivasiya etməyə çalışsaq da, görünürdü ki, komanda meydana ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”ə 0:3 hesabı ilə uduzuqları oyundan sonra təşkil edilən mətbuat konfransına deyib.

O bildirib ki, futbolçular hər hansı bir problemləri olmadıqlarını söyləyirlər: “İstəyirik ki, komanda ilə daha sıx ünsiyyətdə olaq. Öyrənək ki, problemləri nədir. Oturub danışırıq, futbolçular deyir heç bir problem yoxdur. Biz də çalışırıq ki, qələbə qazanaq. Amma görünən odur ki, alınmır”.

X.Məmmədov növbəti turdakı “Sabah”la matça da toxunub: “Qış fasiləsinə qədər cəmi 1 tur qalıb. “Sabah”la oyuna da çox ciddi hazırlaşacağıq. Əslində, bugünkü matça da yaxşı hazırlaşmışdıq. Amma meydanda istədiklərimizi görə bilmədik”.

“Qəbələ”nin məşqçisi Samuel Tettehin aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: “Komandanın turnir cədvəlində mövqeyi çox pisdir. Bu da futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir edir. Sanki küsgün kimidirlər. Hər xırda şeyə reaksiya verirlər, istər hakim olsun, istər rəqib futbolçu. Nəticədə də belə qırmızı vərəqə alırıq. Təbii ki, qırmızı vərəqələrə görə futbolçuları cəzalandırırıq. Yenə də cəzalandıracağıq. Çalışacağıq komandanı bu vəziyyətdən çıxardaq”.  

O, Elmar Baxşıyevin mətbuat konfransına qatılmamasının istefa vermək istəməsi ilə əlaqədar olmadığını söyləyib: “Xeyr, Elmar müəllim istefa verməyib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31