9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Samuel Qustaffson: “Belə səhvlər "Qarabağ"la matçlarda yolverilməzdir”

“Hekken”in yarımmüdafiəçisi Samuel Qustaffsonun Futbolxeber.az saytına müsahibəsi

 

- UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunda Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduz. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Avropa Liqasında ilk dəfə çıxış etməyimizə baxmayaraq, bu turnirdən çox şey öyrəndik. Düzdü, bugünkü nəticədən məyusuq, qrupu xalsız başa vurduq. Amma hər oyuna fərdi olaraq yanaşsaq, hər matçın yaddaqalan hekayələri oldu. Düşünürəm ki, biz kollektiv olaraq olduqca yaxşıyıq. Amma fərdi səhvlər edirik, belə səhvlər "Qarabağ"la matçlarda yolverilməzdir. Rəqib sizi istənilən an cəzalandıra bilər.

- Demək olar ki, “Qarabağ”ın erkən qolu komandanızda ruh düşkünlüyü yaratdı?

- Əlbəttə, buraxdığımız ilk qol fərdi səhvdən baş verdi. Belə səhvə görə hesabda geri düşdükdən sonra şübhəsiz, özünə gəlmək çətin olur. Bizim daha yaxşı performans göstərməyə ehtiyacımız var.

- "Qarabağ"ın növbəti mərhələdə şanslarını necə dəyərləndirirsiniz? Sizcə, Ağdam klubu Avropa Liqasında nə qədər irəliləyə bilər?

- İlk olaraq püşkatmanın nəticələrini görməliyik. Düşünürəm ki, "Qarabağ" yüksək keyfiyyətlərə malik, balanslaşdırılmış komandadır. Əsas olaraq da fərdi baxımdan üstün oynayırlar.

- Bakıdan, Tofiq Bəhramov adına Respublika stadionundan hansı təəssüratlarla ayrılırsız?

-  Bir ay əvvəl İsveç millisinin heyətində bu stadionda olmuşdum. Bugünkü atmosfer möhtəşəm idi. Komandanın növbəti mərhələyə çıxması üçün fanatlar da öz bacarıqlarını göstərdi. "Qarabağ"ı təbrik etmək istəyirəm.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31