9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Hekken"in baş məşqçisi: "Qarabağ"a qarşı oynamaq təcrübə idi"

"Hekken"in baş məşqçisi Per Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"a uduzduqları matçdan (1:2) sonra mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə "Qarabağ"ı Avropa Liqasının pley-offuna adladığı üçün təbrik edib: “Qarabağ"ı təbrik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacağam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə istifadə edə bilmədik. Bizdə mövsüm bitib. Növbəti mövsümdə Konfrans Liqasında oynayacağıq. Qrupdakı altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik”.

- "Hekken"in baş məşqçisi kimi sonuncu oyununuz idi. Bakıdan hansı təəssüratla ayrılırsınız?

- İki il yarım idi ki, "Hekken"də baş məşqçi idim. İsveç çempionu olduq, oyunçular satdıq, komanda gəlir əldə etdi. "Hekken" indi daha güclüdür. Komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram.

- "Qarabağ"ın baş məşqçisinin oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını bilirsiniz? Onun haqda nə düşünürsünüz?

- Əvvəlki klubumda oynayır. Onun oyununu izləmək həyəcanlıdır. Yanvardan başlasa, daha yaxşı təəssürat bağışlayacaq.

- Hər iki matçda "Qarabağ"a uduzdunuz. Fərqli oyun stilində oynasaydınız, "Qarabağ"ı uda bilərdiniz, yoxsa istənilən halda, səviyyə fərqi imkan verməyəcəkdi?

- İlk matçda demək olar ki, bərabərsəviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də başqa cür olardı. Bu gün də yaxşı oynadıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir.

- Sizcə, "Qarabağ" bundan sonrakı oyunlarda necə təəssürat bağışlaya bilər?

- "Qarabağ"ın fərdi olaraq yaxşı oyunçuları var. Xüsusən də hücumda və mərkəzdə. "Qarabağ" daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. Onlar üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. "Qarabağ"ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31