9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Vurğun Hüseynov: “Heç-heçə ədalətli nəticədir”

“Əvvəlcədən bilirdik ki, bizi çətin oyun gözləyir. “Sumqayıt” çox yaxşı komandadır. Samir Abasovun işi görünür. Rəqibi düzgün analiz etmişdik. Buna görə də yaxşı və düzgün oyun sərgilədik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in üzvü Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”la heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Təcrübəli müdafiəçi 1:1 hesablı heç-heçəni ədalətli nəticə hesab edib: “Qarşılaşma çətin keçdi. Heç-heçəyə baxmayaraq, məncə, bizim qol epizodlarımız daha çox oldu. Ona görə də rəqibdən yaxşı oynadığımızı düşünürəm. Bununla belə, heç-heçə ədalətli nəticədir”.

O, qələbə qazana bilməmələrini qaçırılan qol epizodları ilə əlaqələndirib: “Yaxaladığımız şansları dəyərləndirə bilmirik. Halbuki hər məşq bunun üzərində işləyirik. Adil müəllim tapşırıqlarını verir. Bəzi epizodları reallaşdırmaq üçün keyfiyyət çatmır. Üzərində çalışmaqla hər bir futbolçu bunun öhdəsindən gələ bilər. İnanıram ki, qarşıdakı oyunlarda yaxaladığımız şansları daha yaxşı dəyərləndirəcəyik”.    

V.Hüseynov oyuna əvəzetmədən daxil olması barədə də söz açıb: “Düzünü deyim ki, bu gün kim daha hazırdırsa, baş məşqçi ona şans verir. Hazırda start heyətində yer almaq üçün 100 faiz hazır deyiləm. Üstəlik, yaş amili də sözünü deyir. Çalışıram ki, meydanda olduğum müddətdə komandama faydalı olum”.  

O, növbəti turda “Neftçi”yə qarşı keçirəcəkləri səfər matçına da toxunub: “Biz hər oyuna ciddi hazırlaşırıq. “Neftçi” ilə matç da istisna olmayacaq. Açığı, rəqibin adı önəm daşımır. Çünki hazırda turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Buna görə də hər görüşdə xal və xallar qazanmağa ehtiyacımız var”.  

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31