9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Yuri Matias: “Biz “Neftçi”yik, heç kimdən çəkinmirik”

"Neftçi”nin müdafiəçisi Yuri Matias bu gün mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, “Neftçi Arena”da keçirilən tədbirdə braziliyalı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu mövsüm “Neftçi”nin heyətində ən çox qol vuranlardan biri sizsiz. Komanda yoldaşlarınıza qol vurmaq üçün nə məshələt görərdiz?

- Müdafiəçi olaraq çalışıram işimi yaxşı görüm. İmkan olanda fərqlənirəm. Komanda yoldaşlarıma məsləhət verə bilmərəm.
- Cari mövsüm “Neftçi” çempion  olmaq üçün nə etməlidir?

- Hazırda lider “Qarabağ”la xal fərqimiz bir qədər çoxdur. Üçüncü pillədə olmağımız heç kimi razı salmır. Azarkeşlərin narazılığını normal qarşılayıram. Amma nəzərə almaq lazımdır ki, “Neftçi” bu mövsüm yenidən qurulur. Baş məşqçi yeni gəlib, eləcə də futbolçular. Adaptasiya heç də asan proses deyil. Bilirik ki, bundan daha yaxşısını edə bilərik.

- Mətbuatda adınız “Qarabağ”la yanaşı hallanırdı. Həqiqətənmi klubunuzu dəyişmək barədə düşünürsüz?

- Hər zaman transfer olduğum klublarda 3-4 il keçirmişəm. Çalışmışam o klubun uğurları üçün əlimdən gələni edim. “Neftçi”yə gələndən də xoş münasibət görmüşəm. Bu da məni motivasiya edir.

- “Neftçi”nin heyətində 9 sarı və 1 qırmızı vərəqə almısız. Bu, çox deyil?
- Düz deyirsiz. Vərəqə sayı çoxdur. Lakin bu günə kimi oynadığım liqalarda hakimlə dialoq qurmaq olurdu. Azərbaycanda isə belə deyil. Aldığım vərəqələrin çoxu məhz kobudluğa yox, danışığa görədir.

- Hakimlərdən başqa nə ilə Azərbaycan Premyer Liqası sizi təəccübləndirib?

- Təəccübləndirən amil odur ki, çempionatda mübarizə aparan istənilən komanda digərindən xal ala bilər. Hamı qələbə üçün oynayır. Heç bir oyuna arxayınlıqla çıxmaq mümkün deyil.

- “Neftçi” fanatları üçün “Qarabağ”la oyunun yeri başqadır. Bu haqda məlumatınız varmı? Azarkeşlərə “Qarabağ"la oyunda qol sözü verə bilərsiz?

- Həm klub, həm də azarkeşlər üçün bu oyunun əhəmiyyətini bilirəm. Artıq bir dəfə “Qarabağ”la qarşılaşmışıq. Bizim üçün də maraqlı oyundur. Hər bir futbolçu istəyir ki, güclü rəqiblə üz-üzə gəlsin. Rəqib güclüdür. Amma biz də “Neftçi”yik və heç kimdən çəkinmirik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Müdafiəçi üçün qol sözü vermək çətindir. Amma söz verirəm ki, meydanda canımı qoyacam ki, “Neftçi” qələbə qazansın.

- Belə təəssürat yaranır ki, sanki 20 ildi “Neftçi”də çıxış edir. Bu, azarkeşlərin sevgisindən irəli gəlir? Gələcəkdə “Neftçi”nin kapitanı olmaq fikriniz var?

- Hər hansı klubda forma geymişəmsə, hər zaman sevilən oyunçulardan olmuşam. Həm azarkeşlər, həm də klub tərəfindən. Yeni klubda hər zaman adaptasiyam uğurlu keçir. Bir neçə dil bilirəm. Düşünürəm ki, bu da mənə kömək olur. Hazırda “Neftçi”nin kapitanları var, onların da hər birinə böyük hörmətim var. Liderlik xarakterimdədir və hər oyunda bunu göstərməyə çalışıram. Gələcəkdə, bir neçə il “Neftçi”də qalsam, kapitan kimi çıxış edə bilərəm.

- “Qarabağ” bu gün Avroliqada həlledici matça çıxacaq. Necə düşünür, “Qarabağ” klubunun mərhələ adlayıb yüksək əhval-ruhiyyədə sizlə oyuna çıxması daha yaxşıdır, yoxsa məğlub olmuş şəkildə?

- Çalışacam bu suala səmimi cavab verim. Bu gün “Qarabağ”ın qələbə qazanmasını istəyirəm. Çünki bu qələbə Azərbaycan futbolu üçün mühüm əhəmiyyət kəsb edir. Rəqibin çox yaxşı heyəti var. Ona görə də bizimlə hansı heyətdə oynamalarının ciddi fərqi yoxdur.  

- Daha əvvəl “Traktor”da forma geysəz də, yalnız 1 oyunda meydana çıxmısız.  

- “Traktor”da 2 matçda forma geymişəm. Sonradan koronavirusa görə çempionat dayandırıldı. 1 ay oteldə qaldıqdan sonra klubdan xahiş etsdim ki, məni vətənimə yola salsınlar. Çünki qeyri-müəyyənlik idi. Qısa müddət İranda olsam da, bu, mənim üçün bir təcrübə oldu. Yeni ölkə, yeni mədəniyyətlə tanış oldum. “Traktor”un çox yaxşı azarkeşləri var. İranda güclü klublar çoxdur.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31