9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mutu: “Məni ancaq "Neftçi" maraqlandırır”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniyanın gsp.ro saytına müsahibə verib.

 

- “Neftçi”ni ilk “üçlüy”ə yüksəltdikdən sonra vəziyyət necədi?

- Bir aydır məğlubiyyətsizlik, komanda daha yaxşıdır. Azərbaycanın ən böyük klublarından olan “Neftçi”də həmişə təzyiq var. Hamı nəticə gözləyir.

- Mənəvi cəhətdən güclüsünüz?

- Əlbəttə. Amma bunu məndən niyə soruşursunuz?

- “Turan Tovuz” üzərində qələbədən (3:2) sonra da yerli jurnalistlərin sizə qayğısı olmadı.

- Mən yaxşıyam, müqavimət göstərə bilərəm.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Derbidənn nə gözləyirsiniz?

- Bu, son 10 ildə ənənə halını alan derbidi. “Qarabağ” son 10-15 ildə çox inkişaf edib. Bizi çox çətin matç gözləyir. "Qarabağ" yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsində də sübut edib. İndi də Avropa baharı üçün mübarizə aparır. Onlar Çempionlar Liqasında çıxış ediblər, keyfiyyətli komandadırlar.

- Son vaxtlar adınız ÇFR-lə birgə hallanır. Bu klubdan sizə təklif gəlib?

- Mənə heç bir təklif olmayıb. Uzun müddətdir ki, adım ÇFR-lə birgə çəkilir. Reallıqdan uzaq olan məsələyə münasibət bildirəcək heç nə yoxdur.

- Nə vaxtsa yenidən Rumıniyaya qayıtmağı düşünürsünüz?

- Rumıniya? İndi yalnız “Neftçi” barədə düşünürəm. Ona görə də diqqətimi 100 faiz komandama, burada görəcəyim işlərə yönəltmişəm. Gələcəklə bağlı nəsə deməyim düz çıxmaz. Ancaq hər zaman demişəm ki, Rumıniyada işləməyi xoşlayıram.

- Qışda sabiq klubunuz “Rapid”dən təklif gəlsə, hansı cavabı verərsiniz?

- Birincisi, mən indi “Neftçi”nin baş məşqçisiyəm, burada sahib olduqlarım məni daha çox maraqlandırır. “Rapid”in məşqçisi var, onunla uğur qazanacaqlarını düşünürəm. Təkcə onu deyə bilərəm ki, “Rapid”də çox yaxşı işlər görmüşəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31