Ölkə futbolu
Millət vəkili: “Sumqayıt”ın cari mövsümdəki uğurlu çıxışı hamımızı ruhlandırır”
“Futbolda belə hallar olur. Nəticəni öncədən planlaşdırmaq mümkün deyil. Hər iki komanda gözəl oyun göstərdi. Tovuzluları da təbrik edirəm. Kifayət qədər iradə ortaya qoydular. O ki qaldı “Sumqayıt”a, kollektiv bu il yaxşı futbol nümayiş etdirir”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri sumqayıtlı millət vəkili Müşfiq Məmmədli deyib.
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Sumqayıt” matçını (2:2) Tovuz şəhər stadionundan canlı izləyən M.Məmmədli qonaqların cari mövsüm uğurlu çıxış etdiyini bildirib: “Çempionat oyunlarını mütəmadi olaraq izləyirəm. “Sumqayıt”ın cari mövsümdəki uğurlu çıxışı hamımızı ruhlandırır. İnanıram ki, komanda qarşıdakı turlarda da gözəl oyunu ilə bizləri sevindirəcək”.
Millət vəkili Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonrakı ilk oyunun vaxtını da açıqlayıb: “Bilirsiz ki, Sumqayıtda yenilənmiş stadionumuz da artıq hazırdır. Məndə olan məlumata görə, “Qarabağ”la çempionat oyunu (8 dekabr, saat 19:30) məhz yeni stadionda keçiriləcək. Ölkəmizdə həm idman, həm də infrastruktur inkişaf edir”.
Müşfiq Məmmədli milli komandamızda yerli baş məşqçi görmək istədiyini vurğulayıb: “Düzdür, xarici mütəxəssislərin yenilikləri tətbiq etməsi baxımından onların ölkəmizdə çalışması önəmlidir. Amma ortada “Qarabağ” örnəyi var. Görsənir ki, yerli məşqçi ilə də böyük uğurlara imza atmaq mümkündür. Hazırkı tarixi məqamda, ruh yüksəkliyi yaşadığımız günlərdə milli komandada yerli məşqçi daha müsbət nəticə əldə edə bilər. Təbii ki, bunu futbol mütəxəssisləri daha yaxşı bilər. Bu, sadəcə azarkeş, vətəndaş kimi arzumdur”.
Sonda deputat Xankəndi stadionunda Azərbaycan Kubokunun matçının keçirilmə ehtimalına da toxunub: “Xankəndinin separatçılardan azad olunması ilə hər bir azərbaycanlı qürur duyur. Bu, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandanımız ölkəmizin ərazi bütövlüyünü təmin etməklə xalqımıza gözəl duyğular bəxş etdi. Dövlət başçımızın rəhbərliyi ilə ordumuz bizi böyük qələbələrə apardı. Xalqımızın qarşısında da baş əymək lazımdır ki, bütün çətinliklərə baxmayaraq, dözdü və öz torpağını azad etdi. Xankəndidə “Qarabağ”ın iştirakı ilə kubok oyununun keçirilməsi çox müsbət məqamdır. Xankəndidəki hər oyun tarixə qızıl hərflərlə düşəcək”.
Fərəc ASLANOV, Tovuz
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib