9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Noyabrın 25-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının Azərbaycan Minifutbol Federasiyasının feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, tennis Akademiyasında keçirilən mərasim Ulu öndər Heydər Əliyev haqqında videoçarxın nümayiş edilməsi ilə başlanıb. Sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə komandaların təqdimatından sonra Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov, AFFA-nın baş katibi Sərxan Hacıyev və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Mərasimin rəsmi hissəsi Dövlət Himnimizin səsləndirilməsi ilə başa çatıb.

Tədbirin bədii hissəsində gimnastlar nümunəvi çıxışları ilə azarkeşlərə öz ustalıqlarını nümayiş etdiriblər.

Açılış mərasimindən sonra ilk turun oyunu keçirilib. SOCAR (Dövlət Neft Şirkəti) ilə Dövlət Gömrük Komitəsi komandaları qarşılaşıblar. Oyun SOCAR-ın qələbəsi ilə başa çatıb - 4:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31