9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Forsberq: “Erkən qollar buraxaraq Azərbaycanın işini asanlaşdırdıq”

“Erkən qollar buraxaraq Azərbaycanın işini asanlaşdırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveç yığmasının futbolçusu Emil Forsberq Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşü zəif keçirdiklərini etiraf edib: “6-cı dəqiqədə 0:2 hesabı ilə geri düşərək, özümüzü pis vəziyyətdə qoyduq. Həmin anlarda rəqibə təzyiq etmədik. Bu nəticə böyük məyusluq yaratdı. Kifayət qədər yaxşı deyildik. Hətta fasilədə vəziyyəti kökündən dəyişəcəyimizə söz verdik. Lakin Azərbaycana təzyiq göstərə bilmədik. Millidə keçirdiyim ən pis matçlardan biri idi. Çünki çox sadə oynadıq”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31