9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Azərbaycana məğlubiyyət utancvericidir”

“Bu məğlubiyyət utancvericidir”.

Futbolxeber.az saytının məlumaıtna görə, bunu İsveç yığmasının futbolçusu Viktor Klasson Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın ikinci hissəsində meydana çıxan 31 yaşlı yarımmüdafiəçi təmsilçimizin daha motivasiyalı mübarizə apardığını bildirib: “İndiyə qədər beynəlxalq oyunlarda belə halla üzləşməmişdim. Azərbaycanlı futbolçular bütün duelləri, ikinci topları qazandılar. Onlar bizdən daha motivasiyalı idilər. Bu da nəticəyə təsir edən əsas amil oldu”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinaviyalılar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31