9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rövnəq Abdullayev: "De Byazinin fatihəsini verincə ona uğurlar arzulayaq"

"Azərbaycan futbolunun ən vacib oyunlarından biri idi. Futbolçularımızı təbrik etdim, sizləri də təbrik edirəm. Axır ki futbolçularımız bizi sevindirdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev milli komandamızın Avro-2024-ün seçmə mərhələsində İsveçi 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

O, bu qələbənin Azərbaycan futbolunda dönüş olacağına inandığını deyib: "Komandamız çox gözəl qələbə qazandı. İnanıram ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq. Hazırda milli çempionatımız da çox maraqlı keçir. Liderlə autdayder arasında ciddi fərq yoxdur. Hər komanda digərindən xal ala bilir".

"De Byazi bu qələbə sayəsində millidə qala bilərmi?" sualını AFFA prezidenti belə cavablandırıb: "Hazırda bu məsələ müzakirə olunmur. De Byazi ilə bağlı qərarı İcraiyyə Komitəsi qəbul edəcək. De Byazinin fatihəsini verincə ona uğurlar arzulayaq. İstərdik ki, millimiz Belçikaya qarşı da bu cür istəkli oynasın".

R.Abdullayev martda keçirilməli olan AFFA prezidentliyinə seçkilər barədə də danışmayıb: "Marta hələ çox var. O vaxta qədər yaşamaq lazımdı".

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31