Ölkə futbolu
Reziuan Mirzov: “Zenit”ə qarşı bir oyun bəzən bir həftəlik məşqdən də xeyirli olur”
“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, “Neftçi Arena”da keçirilən tədbiri klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi açıq elan edib.
Klub rəsmisi bugünkü mətbuat konfransının eksperiment xarakteri daşıdığını bildirib: “Bundan sonra həftənin 3-cü günləri komandanın bir oyunçusu bura dəvət olunacaq və konfrans keçiriləcək. Kim istəsə, gəlib iştirak edə bilər”.
Daha sonra söz “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzova verilib. Rusiyalı futbolçu jurnalistlərin suallarını cavablandırmamışdan öncə ilk növbədə Azərbaycan xalqını təbrik edib: “Son zamanlar mətbuat önünə çıxmamışam. Ona görə də ilk növbədə ərazi bütövlüyünün bərpası münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”.
30 yaşlı futbolçu noyabrın 18-də yoxlama matçında qarşılaşacaqları “Zenit”ə qarşı daha əvvəl çox oynadığını bildirib: “Uzun illər Rusiya Premyer Liqasında çıxış etmişəm. Buna görə də “Zenit”ə qarşı dəfələrlə oynamışam. Amma indiki “Zenit” əvvəlki kimi əzəmətli deyil. O vaxt klubun heyətində Halk kimi ulduz çıxış edirdi. Yaxud son zamanlara gəldikdə, Malkonun gedişini qeyd edə bilərəm. Yəni son zamanlar klubda çox dəyişiklik olub”.
O, daha əvvəl “Zenit”ə qol vurduğunu xatırladıb: “Tula “Arsenal”ında çıxış edərkən “Zenit”i 4:2 hesabı ilə məğlub etmişdik və komandamızın qollarından birini mən vurmuşdum. Bu, “Arsenal”ın UEFA Avropa Liqasında “Neftçi” ilə üz-üzə gəldiyi mövsüm idi. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da “Zenit”ə qol vurum. Matçın rəsmi deyil, yoldaşlıq xarakteri daşıması heç nəyi dəyişmir”.
Mirzov "ağ-qaralar"ın hazırkı durumunun ürəkaçan olmaması fikri ilə razılaşıb: “Bəli, çətin dövrdən keçirik. Nəticələrimiz ürəkaçan deyil. Bunu rəhbərlik də, biz futbolçular da başa düşürük. Ona görə də azarkeşlərin narazılıqlarını anlayışla qarşılayırıq. Təəssüf ki, son turda “Sumqayıt”a uduzduq. Halbuki həmin matçda qələbə qazansaydıq, indi vəziyyət fərqli olardı. Gedişatı mütləq dəyişməliyik. İnanıram ki, çempionatın növbəti turundan hər şey yaxşıya doğru dəyişəcək”.
Reziuan “Neftçi”yə gələrkən ideal formasından uzaq olduğunu söyləyib: “Neftçi”yə gələrkən 3 ay kollektiv şəkildə məşq etməmişəm. Yalnız şəxsi məşqçimlə çalışmışam. Mən “Neftçi”yə qoşulanda komanda Qəbələdə təlim-məşq toplanışında idi. Amma oyundan-oyuna daha yaxşı formaya düşürəm. Bunu özüm də hiss edirəm. Zamanla daha yaxşı vəziyyətə gələcəyimə, komandama daha çox fayda verəcəyimə əminəm”.
O, Rusiyanın ən böyük klubunda oynamaq arzusunu reallaşdırdığını vurğulayıb: “Rusiya əhalisinin böyük hissəsi “Spartak”a azarkeşlik edir. Fanatlar komandanı səfərdə də yüksək səviyyədə dəstəkləyirlər. Ona görə də hesab edirəm ki, Rusiyanın ən yaxşı klubunda forma geymişəm. Sadəcə təəssüflənirəm ki, orada karyeram istədiyim kimi alınmadı. Həmin vaxt “Spartak”da müəyyən problemlər var idi”.
Mirzov “Neftçi” - “Zenit” matçının hər iki tərəf üçün faydalı olacağını bildirib: “Güclü rəqibə qarşı oynayacağıq. “Zenit” kimi komanda ilə mübarizə aparmaq çox faydalıdır. Belə rəqibə qarşı 1 oyun bəzən 1 həftəlik məşqdən də xeyirli olur. Bir sözlə, böyük təcrübə qazanacağıq. “Zenit” üçün də bu matç faydalı olacaq. Bildiyiniz kimi, sanksiyalara görə Rusiya klubları avrokuboklardan kənarda qalıblar”.
Rusiyalı futbolçu qarşıdakı turlarda ev oyunlarında da uğur qazanmağa çalışacaqlarını bildirib: “Əslində, öz meydanımızda daha yaxşı çıxış etməliyik. İnanıram ki, vəziyyəti dəyişəcəyik. İlin sonuna qədər çempionatda keçirəcəyimiz 5 oyundan 4-ü evdədi. Həmin matçlarda uğur qazanıb azarkeşlərimizi sevindirəcəyik”.
O, “Zenit”lə matçda qələbə qazanacağına söz verə bilərsizmi?” sualını belə cavablandırıb: “Mən əvvəldən nəsə danışmağa qarşıyam. Çünki dediyin alınmayanda pis vəziyyətdə qalırsan. Bunu özümə yaraşdırmıram. Təbii ki, “Zenit”i məğlub etdikdən sonra bunu emosional səviyyədə qeyd edəcəm”.
“Neftçi”nin üzvü son turda “Sumqayıt”la matçdan əvvəl yayımlanan videolara da toxunub: “Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var. O motivasiya ilə "Sumqayıt"a qalib gəlməliydik. Amma təəssüflər olsun ki, alınmadı. Rusiyada və dünyada bu təcrübədən istifadə olunur. Lakin fikrimi soruşursuzsa, mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam”.
30 yaşlı yarımmüdafiəçi “Neftçi”nin qarşıdakı təqviminin çətin olmasına da toxunub: “Təqvimin sıxlığı məni qorxutmur, əksinə, daha da motivasiya edir. Rəqiblərin adı önəm daşımır. Biz meydana çıxıb işimizi görməliyik. Turnir cədvəlindəki mövqeyimiz bizi qane etmir. Azarkeşlərdən də dəstək gözləyirik. Başa düşürəm, nəticələr ürəkaçan deyil. Amma vəziyyətdən də birgə çıxmalıyıq”.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi