9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Dünya reytinqi: "Qarabağ" və "Neftçi" gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
 
Futbolxeber.az-ın IFFHS-nin saytına istinadən verdiyi məlumata görə, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
 
Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.
 
"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 318-ci sıradan 340-a, "bayquşlar" isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.
 
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin "Əl-Əhli" (244) komandası üçüncü yerə yüksəlib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31