9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Bayraq gününü bayraqsız qeyd edən “Qarabağ”

VƏ YA MÜHARİBƏ VAXTI BAYRAĞI “OD QİYMƏTİ”NƏ SATAN “AZƏRSUN”UN İNDİ BAYRAQ ALMAĞA PULU YOXDUR?

"Lütfən “Qarabağ” - “Bayer” matçına tək gəlməyin, özünüzlə bayrağımızı gətirin...”

Bu statusu dünən tanınmış idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkə hesabında yazmışdı. “Qarabağ” - “Bayer” matçının diktoru olan Şəfizadənin azarkeşlərə çağırışı heç də birmənalı qarşılanmadı. Şərhlərin əksəriyyətində fanatlar bu addımı klubdan gözlədiklərini qeyd edirdilər: “Onu biz yox, “Qarabağ” rəhbərliyi qoymalıdır hər bir oturacağa”, “Qarabağ” ölür acından? Hər oturacağa bir bayraq qoya bilmir?”, “Olmazdı ki, heç olmasa bu gün bayraq düzərdilər skamyalara? Bilet satışından o boyda götürürlər” və s.

Azarkeşlərin belə istəkdə çıxış etmələri tam haqlıdır. Digər tərəfdən də daha əvvəl “Qarabağ” bu cür addımlar atıb. Bəs indi nə oldu? Həqiqətənmi “Qarabağ”ın bayraq almağa pulu qalmayıb?

Bu düşüncələrlə feysbukda var-gəl edərkən bilmirəm təsadüfdən deyim, ya qismətdən, qarşıma 3 il əvvəlin bir paylaşımı çıxdı.

Нет описания.

 

Gördüyünüz bu foto 2020-ci ilin 12 oktyabrında çəkilib, yəni Vətən müharibəsi zamanı. Həmin vaxt “Qarabağ”ın sponsoru olan “Azərsun”a məxsus “Bazarstore” mağazalar şəbəkəsi tələbatın çoxluğunu görərək ölkə bayrağının qiymətini “at belinə” qaldırmışdı. Normalda 5-10 manata satılan bayrağın qiyməti həmin vaxt 24 manata qalxmışdı və bu, haqlı olaraq cəmiyyətin ciddi narazılığına səbəb olmuşdu.

Həyat qəribədir, müharibə vaxtı bayrağı “od qiymətinə” satan “Azərsun” bu gün “Qarabağ”ın Bayraq gününə təsadüf edən oyununda hər oturacağın yanına qoymağa bayraq tapmır...

Dünən “Qarabağ”ın Bayraq gününü bayraqsız qeyd etməsi Ağdam klubunun idarəçiliyindəki növbəti qüsur kimi qeyd oluna bilər. Gəl ki, futbolda əsas olan nəticədir və “Qarabağ” rəhbərliyi illərdir Qurban Qurbanovun qazandığı nəticələrlə kef edir. Klubun nəticələri bu qədər uğurlu olmasaydı, idarəçilikdə o qədər nöqsanlar aşkara çıxardı ki. Bəli, futbol belədir, nəticə varsa, bütün qüsurlara göz yumulur. Elə buna görədir ki, Qurban Qurbanovun qazandığı uğurlar Ağdam klubunun idarəçiliyində olan nöqsanları ört-basdır edir...

Lakin bu, bayraq məsələsidir, jurnalistə viza verilməsini unutmaq, onu xəbərdar etməmək deyil ki biganə qalasan. Bu, dövlətin rəmzinə qarşı diqqətsizlikdir...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31