9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Bilel Auaşeriya: “Niyə uduzuruq? Bunu anlamıram”

“Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, uduzduq. Məğlubiyyətin səbəbini izah etmək çətindir. Çünki nə deyəcəyimi bilmirəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Bilel Auaşeriya Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Fransız futbolçu komandada heç bir problem olmadığını bildirib: “Siz özünüz də oyuna tamaşa edirdiz. Konkret səbəb göstərmək mənim üçün çətindir. Komandada heç bir problem yoxdur. Hər şey qaydasındadır. Sadəcə niyə uduzuruq, bunu anlamıram”.

29 yaşlı yarımmüdafiəçi meydanda xarakter nümayiş etdirməmələri fikri ilə razılaşmayıb: “Mən belə deməzdim. Biz meydanda vuruşuruq, əlimizdən gələni edirik. Ardıcıl məğlubiyyətlərlə üzləşəndə uğursuzluq zolağından çıxmaq asan olmur. Lakin bu vəziyyəti dəyişməliyik”.

Auaşeriya növbəti turda qarşılaşacaqları “Zirə” ilə matçdan da söz açıb: “Çempionatdakı hər oyun çətin keçir. “Zirə” ilə matç da istisna olmayacaq. Ardıcıl çətin qarşılaşmalar keçiririk. “Neftçi” ilə oynadıq, ardınca “Zirə” gəlir. Lakin nəyisə dəyişə bilmərik. Sadəcə meydana çıxıb 3 xal üçün vuruşmalıyıq. İlk dövrədə onları məğlub etmişdik. İnanıram ki, bu dəfə də eyni nəticəni təkrarlaya bilərik”.

“Qəbələ” ilə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar arasında xal fərqi getdikcə artır. B.Auaşeriya bu məqamın komandası üçün mənfi hal olduğunu bildirib: “Əlbəttə, bu, çox pisdir. Rəqiblər getdikcə bizdən uzaqlaşırlar. Ona görə də mütləq toplarlanmalıyıq    . Məşqlərdə tam gücümüzlə çalışmalı, həftə sonu da “Zirə” üzərində qələbə qazanmalıyıq”.

O bildirib ki, indiki məqamda bir qələbə çox vacibdir: “Artıq 4 matçdır ki, qələbə qazana bilmirik. Bu, heç də ürəkaçan durum deyil. Arzu edirəm ki, bir qələbə qazanaq. Ondan sonra vəziyyət dəyişəcək. Buna inanıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31