9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qazaxıstan klubu millimizin qapıçısına təzminat ödəyəcək

Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.

Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra "Turan"ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər "Turan"ın formasını geyinib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31