8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

PFL rəsmisi: “Bizim etdiklərimiz Ali Baş Komandanın, ordumuzun etdikləri qarşısında heç nədir”

“Peşəkar Futbol Liqası xüsusi günlər üçün hər zaman müxtəlif layihələr həyata keçirir. Bu baxımdan Zəfər Gününə də biganə qala bilməzdik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təmsil etdiyi qurumun Vətən müharibəsində qələbəmizin 3-cü ildönümü münasibətilə Azərbaycan Premyer Liqasının XII turunun “Zəfər turu” elan edilməsi barədə danışarkən deyib.

PFL rəsmisi qeyd edib ki, bu addımla Azərbaycan Ordusunun əldə etdiyi zəfərə kiçik töhfə verməyə çalışıblar: “Təbii ki, bizim etdiklərimiz Ali Baş Komandanın, ordumuzun etdikləri qarşısında heç nədir. Sadəcə biz ədəbi olan şəhidlərimizin əziz xatirəsini yad etməyi məqsədəuyğun saydıq. Peşəkar Futbol Liqasının qərarına əsasən 12-ci turda bütün komandalar, hakimlər Azərbaycan bayrağının rənglərinin yer aldığı formalarla meydana çıxdılar. Eləcə də formaların üzərində tarixi torpaqlarımızın, işğaldan azad olmuş şəhər və rayonlarımızın adları yer almışdı. Hesab edirəm ki, bu addımla Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın qazandığı Zəfərin 3 illiyinə kiçik bir töhfə vermiş olduq. Şəhidlərimizin əziz xatirəsini hər zaman yad etmək bizim mənəvi və vətəndaşlıq borcumuzdur”.

E.Abbasov bu layihədə onlara dəstək olan klublara da təşəkkürünü bildirib: “Bu addımlar davamlı olmalıdır. PFL olaraq biz də hər zaman üzərimizə düşəni edəcəyik. Klublara da təşəkkür edirik ki, bizə dəstək oldular. Canla-başla səsimizə səs verdilər”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31