9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Kəpəz”i “Araz-Naxçıvan”la oyuna kim çıxaracaq? - İKİ VARİANT VAR

Azər Məmmədovla yollarını ayıran “Kəpəz”i noyabrın 10-da Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində “Araz-Naxçıvan”la oyuna kimin çıxaracağı tezliklə məlum olacaq.

Futbolxeber.az saytına bu barədə Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

O qeyd edib ki, hazırda 2 variant mövcuddur: “Komandanı “Araz-Naxçıvan”la oyuna kimin çıxaracağı günün sonuna kimi müəyyənləşməlidir. Bu, əvəzedici heyətin baş məşqçisi Xaliq Mərdanov da ola bilər, Azər Məmmədovun köməkçilərin biri də. Düzdür, Azər Məmmədovun vəzifəsindən ayrılmasından sonra onun məşqçilər korpusu da “Kəpəz”i tərk edir. Sadəcə ola bilər ki, həmin mütəxəssislərdən biri bir oyunluq komandaya rəhbərlik etsin”.

Bəs “Kəpəz”in yeni baş məşqçisi kim olacaq? Mətbuatda daha çox iki mütəxəssisin - Mahmud Qurbanov və Adil Şükürovun adı hallanır. A.Mustafayev bu barədə sualımıza konkret cavab vermədi. Klub rəsmisi qısaca “hələ ki rəsmi anlaşdığımız məşqçi yoxdur” deməklə kifayətləndi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31