8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Araz-Naxçıvan” üçün 100-cü qol

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolu buraxıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.

“Sumqayıt”la səfər görüşünə qədər 99 top buraxan Muxtar Respublika təmsilçisi 0:2 hesabı ilə uduzub. Hesabı açan Rövlan Muradov qonaqları məyus edən 100-cü qolun müəllifi olub.

Bu, “Araz-Naxçıvan”ın 54-cü oyununa təsadüf edib. 54 qol vuran komanda artıq 101 qol buraxıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi ilk qolu 2000-ci il avqustun 5-də “Qarabağ”la görüşdə buraxıb. Ağdamlılara 1:0 hesablı qələbə qazandıran topu Təbriz Həsənov vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31