8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”nin iki futbolçusu üçün yubiley

“Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Filip Ozobiç Azərbaycan çempionatında 150-ci oyununu keçirib, Rəhman Hacıyev isə 30-cu qolunu vurub.
 
Bu, Premyer Liqanın XII turunda “Qəbələ” ilə keçirilən matça təsadüf edib. Ozobiçin hesabında ümumilikdə 51 qol var. 2016/2017 mövsümündə “Qəbələ”də debüt edən yarımmüdafiəçi “qırmızı-qaralar”da 46 (16 qol), “Qarabağ”da 95 (35 qol), “Neftçi”də isə 9 görüşdə meydana çıxıb.
 
"Qəbələ" ilə görüşdə ikinci qolun müəllifi olan Rəhman Hacıyev isə 30 qol həddinə 260-cı matçında çatıb. O, “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2 qola sevinib. Yarımmüdafiəçi ilk dəfə 2011/2012 mövsümündə “Bakı”nın heyətində rəqib qapısına yol tapıb.
 
Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə məğlub edib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31