9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Zirə”nin son turlardakı qəhrəmanı: “Rəşad Sadıqov mənə özünəinam qazandırdı”

“Zirə”nin yarımmüdafiəçisi Rüstəm Əhmədzadənin Futbolxeber.az saytına müsahibəsi

 

- “Sabah”la səfər oyununun son dəqiqələrində vurduğunuz qolla qələbə qazandız. Qazanılan vacib 3 xalı necə şərh edərdiz?

- Turnir cədvəlindəki mövqeyi ürəkaçan olmasa da, “Sabah” güclü rəqibdir. Ötən mövsüm çox yaxşı çıxış etmişdilər. Səfərdə oynayırdıq. Əvvəldən də matçın keçəcəyini gözlənilən idi. Belə də oldu. Düzdür, lazımi qolu yalnız son dəqiqələrdə vurduq. Lakin əsas odur ki, vacib 3 xal qazandıq.

- Demək olar ki, 1 hissə rəqib 10 nəfərlə mübarizə aparsa da, yalnız sonda lazımi qolu vura bildiz...

- Tələsmirdik, ehtiyatlı oyunu əldən vermirdik. Çalışırdıq ki, diqqətli oynayaq. Çünki 1 səhv bizə baha gələ bilərdi. Həm də gec-tez qol vuracağımıza inanırdıq. Şanslarımız olurdu. Elə mən özüm bir epizodda 100 faizlik qol epizodunu qaçırdım. Amma şükür ki, sonda istəyimizə çatdıq. Nəticədə çox mühüm 3 xal qazandıq.

- Ötən tur komandanı məğlubiyyətdən xilas etdin, bu dəfə isə qələbə qolunun müəllifi oldun. Son turlardakı inamlı çıxışın xüsusi bir səbəbi var?

- Rəşad müəllim mənə izah etdi ki, hər şey düşüncə tərzimlə bağlıdır. İlk növbədə vəziyyəti düzgün qiymətləndirməli, matçın gedişində hansısa epizodu qaçıranda məyus olmamalı, eyni yerdə ilişib qalmamalıyam. O, mənə özünəinam qazandırdı. Dedi ki, sən dayanmadan çalış, hər şey yaxşı olacaq. Son turlar da onun tövsiyəsinin bəhrəsini görürəm. “Səbail”lə matçda real şansımı qaçırsam da, sonradan fərqləndim. “Sabah”la qarşılaşmada da əvvəlcə 100 faizlik qol epizodunda dəqiqə oynamadım, amma sonradan fərqlənə bildim.

- Bu qələbə sayəsində vahid lidersiz. “Zirə” zirvədəki yerini sona qədər qoruya bilər?

- Hər birimiz buna inanırıq. Son saniyəyə kimi mübarizə aparacağıq. Hədəfimiz yüksək yerlərdir. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün sona qədər vuruşacağıq.

- Növbəti turda “Qəbələ”ni qəbul edəcəksiz. Mövsümdəki ilk məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?

- Bəli, ilk dövrədə səfərdə “Qəbələ”yə uduzmuşduq. Halbuki komanda buna qədər xal qazana bilməmişdi. “Sabah” barədə dediyim fikirlər “Qəbələ”yə də aiddir. Turnir cədvəlindəki hazırkı mövqeyi “Qəbələ”nin real gücünü göstərmir. İnanıram ki, bu dəfə nəticə fərqli olacaq. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq.

- Bu mövsüm Azərbaycan kubokunun qalibi Avropa Liqasında, 2-3-ün yerlərin sahibləri isə Konfrans Liqasında mübarizə aparacaq. Hansı turnirdə oynamaq daha yaxşıdır?

- İndidən kubok barədə nəsə demək tezdir. Amma hər iki cəbhədə uğur qazanmaq istəyirik. Bunun üçün də sona qədər yarışacağıq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31