9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Samir Abasov püşkü dəyərləndirdi

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun püşkünü dəyərləndirib.
 
Futbolxeber.az-ın məlumatına görə, o, klubun saytına açıqlamasında deyib:
 
"Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük. Hərçənd ilk oyunumuzu II Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik, ondan sonrakı potensial rəqibimiz də I Liqa təmsilçisi olacaq, amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür. Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma Kubok oyunlarının öz xüsusi ab-havası olur. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq".
 
Qeyd edək ki, yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq olan "Sumqayıt"  bu mərhələdə "Füzuli" - "Lerik" cütünün qalibi ilə qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31