8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qarabağ”ın “Kəpəz”lə oyunlarının yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” - “Qarabağ” və 3-cü  dövrənin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

Futbolxeber.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası “Qarabağ” klubunun müraciəti, “Kəpəz” klubunun razılıq məktubundan sonra bu qərarı verib.

Bu addım “Qarabağ”ın Avropa Liqasının qarşıdan gələn “Bayer Leverkuzen”lə (Almaniya) oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

Beləliklə, 12-ci turun oyununda “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Komandalar arasında  2024-cü il, yanvarın 26-da keçiriləcək 3-cü dövrənin matçında (20-ci tur) isə "Kəpəz" öz meydanında "Qarabağ"la qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31