8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Olimpiakos”u mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”

“Olimpiakos”la matça qədər hələ ölkə çempionatında oyunumuz var. Demək olar ki, 8 günə 3 görüşə çıxırıq. Burada əsas məqam futbolçuların bərpasıdır. Çalışırıq balanslı şəkildə hamıya şans verək ki, “Olimpiakosla oyunda yorğunluq olmasın.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri UEFA Gənclər Liqasının ikinci mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Famil Xəlilov deyib.

İlk mərhələdə Şimali Makedoniyanın “Puşkaş Akademiyası”nı mübarizədən kənarlaşdıran “qırmızı-qaralar”ın baş məşqçisi qeyd edib ki, Yunanıstan təmsilçisi ilə matçda da uğur qazanmaq arzusundadırlar: “Təbii ki, ikinci mərhələni də keçmək istəyirik. “Olimpiakos” hər nə qədər güclü olsa da, onları mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

F.Xəlilov Yunanıstan təmsilçisinin üstün cəhətlərindən də söz açıb: “Olimpiakos” digər rəqiblə müqayisədə daha güclüdür. Komanda şəklində həm hücum edir, həm də yaxşı müdafiə oluna bilirlər. Heyətdə kifayət qədər təhlükəli futbolçular var”.

Mütəxəssis ilk matçı evdə keçirmələrini üstünlük hesab etmir: “Deməzdim ki, ilk matçı evdə keçirməyimiz bizim üçün üstünlükdür. Sadəcə düzgün şəkildə oynamalıyıq. Hansı komanda daha az səhv etsə, o da növbəti mərhələyə yüksələn tərəf olacaq”.

Xatırladaq ki, “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq. Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31