9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında 2023-cü ilin rekordu

Azərbaycan Premyer Liqasında 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, XI tura təsadüf edib.
 
Baş tutan 5 oyunu ümumilikdə 13 750 azarkeş izləyib. Orta göstərici 2750-yə bərabər olub. “Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” - “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” - “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə bitən “Zirə” - “Səbail” (2:2) və “Sumqayıt” - “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı olub - müvafiq olaraq 800 və 1350.
 
Buna qədər cari mövsüm ən çox tamaşaçı VI turda qeydə alınmışdı - 10 950.
 
Ötən mövsüm isə yalnız bir dəfə - XIV turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçda tribunalarda 15 500 azarkeş olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31